Rusiya XİN Almaniya səfirini demarş elan edib

Rusiya XİN Almaniya səfirini  demarş elan edib backend

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskvadakı səfiri Alexander Lambsdorfa demarş elan edib və Bundesver zabitləri arasında Krım körpüsünə mümkün hücumlarla bağlı söhbətə aydınlıq gətirilməsini tələb edib.

Qaziler.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sözügedən dialoq Berlinin Ukrayna münaqişəsində iştirakını göstərir.

"Martın 4-də Rusiya Xarici İşlər Nazirliyində demarş zamanı onlar səfirdən yüksək rütbəli alman zabitləri arasında Kiyev rejiminin uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchiz edilməsinin mümkünlüyü, habelə Ukrayna Silahlı Qüvvələrinə onların Rusiya ərazisindəki hədəflər üçün döyüş məqsədləri üçün praktiki köməklik göstərilməsi ilə bağlı açıqlama tələb ediblər”, - nazirlikdən bildirilib.

Bundan başqa, Almaniya səfirinə Almaniya hakimiyyətinin rusiyalı jurnalistlərin Almaniyadakı fəaliyyətini məhdudlaşdırmaq cəhdlərinin qəbuledilməz olduğu bildirilib. Moskva xatırladıb ki, bu cür hərəkətlər sərt cavabsız keçməyəcək.

QAZİLER.AZ

Diaspora