"Bayraktar TB2"-lər bu gün Albaniya səmasında ilk uçuşlarını uğurla həyata keçirdi - "Baykar"ın baş direktoru

"Bayraktar TB2"-lər bu gün Albaniya səmasında ilk uçuşlarını uğurla həyata keçirdi - "Baykar"ın baş direktoru backend

"Baykar" şirkətinin baş icraçı direktoru Haluk Bayraktar, Bayraktar TB2 PUA-larının Albaniya ordusunun inventarına daxil olduğunu ifadə edərək, "Bayraktar TB2"-lər bu gün Albaniya səmasında ilk uçuşlarını uğurla həyata keçirdi".

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, mövzu ilə bağlı X-də etdiyi paylaşımında Bayraktar bu günün tarixi bir gün olduğunu və Albaniyada NATO-nun ilk Taktik Hava Bazasının açıldığını bildirib.

Mövzu ilə bağlı X-də yazdığı yazıda Bayraktar bu günün tarixi bir gün olduğunu və Albaniyada NATO-nun ilk Taktik Hava Bazasının açıldığını bildirib.

Kuçova Hava Bazasının açılışının Balkanlar və Avropanın təhlükəsizliyi üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayan Bayraktar yazıb:

"Bu mərasimlə Bayraktar TB2 PUA-ları Albaniya ordusunun inventarına daxil oldu. Beləliklə, ilk dəfə NATO standartlarında olan bir təyyarə Albaniya ordusunun inventarına daxil edilib. Hörmətli Baş nazir Edi Ramanın uzaqgörən rəhbərliyi ilə hörmətli müdafiə naziri Niko Peleşinin güclü əməkdaşlığı ilə Bayraktar TB2 bu gün Albaniya səmasında ilk uçuşlarını uğurla həyata keçirdi".

Haluk Bayraktar: "Bayraktar TB2 PUA-larımızın bu strateji nöqtədə yerləşdirilməsi Albaniyanın və qardaş Balkan coğrafiyasının təhlükəsizliyinə verdiyimiz töhfənin mühüm göstəricisidir" ifadələri ilə, "Baykar" olaraq innovativ texnologiyaları ilə regional və qlobal təhlükəsizliyə töhfə verməyə davam edəcəklərini bildirib.

Digər tərəfdən, Albaniyanın Baş naziri Edi Rama və Albaniya Müdafiə Naziri Niko Peleşi də sosial media hesablarında Bayraktar TB2-lərin inventara daxil olmasının görüntülərinin yer aldığı videonu paylaşıblar.

QAZİLER.AZ

Diaspora