Daha bir "amma": Şolts "Taurus”u Ukraynaya niyə vermək istəmir?

Daha bir "amma": Şolts "Taurus”u Ukraynaya niyə vermək istəmir? backend

Almaniya kansleri Olaf Şolts “Taurus” raketlərini alman əsgərlərindən istifadə etmələri tələb olunarsa, Ukraynaya tədarükün mümkünlüyünü istisna edib.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" xəbər verir.

“Siz çox geniş əhatə dairəsi olan bir silah sistemi yarada bilməzsiniz və sonra silah sisteminə necə nəzarət edə biləcəyinizi düşünə bilməzsiniz.

O qeyd edib ki, əgər Almaniya Kiyevə verilən silahlara “nəzarət etmək” istəyirsə, bu, yalnız alman əsgərlərinin iştirakı ilə mümkündür.

"Mənim üçün bundan söhbət belə gedə bilməz", - deyə Şolts bildirib.

Keçən ildən Ukrayna Almaniyadan 500 kilometrə qədər məsafədə hədəfləri məhv etməyə qadir olan uzaqmənzilli “Taurus” raketlərinin tədarükünə başlamağı xahiş edir. Bu silahların Kiyevə verilməsinin əsas əleyhdarlarından biri Almaniya kansleri Olaf Şoltsdur. Eyni zamanda Almaniya müxtəlif bəhanələrlə imtina edir. Xüsusilə, tezislərdən biri Kiyevin Rusiya ərazisinə mümkün zərbələr ilə bağlı narahatlıqdır.

QAZİLER.AZ

Diaspora