Cənubi Koreya və ABŞ silahlı qüvvələri yaz təlimlərinə başlayıb.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
Müttəfiqlər Şimali Koreyanın artan nüvə və raket təhdidlərinə daha yaxşı müqavimət göstərə bilməsi üçün keçən illə müqayisədə bu il iki dəfə çox əsgəi cəlb edib.
Bu, Pxenyanın noyabrda 2018-ci ildə Koreyalararası hərbi paktdan imtina etməsindən sonra ilk təlimlər olacaq. Şimali Koreya raket sınaqları və digər silahlar vasitəsilə nüvə imkanlarını inkişaf etdirməyə davam etdiyi bir vaxtda təlim 4-14 mart tarixlərində baş tutacaq.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) bildirib ki, onlar hava hücumları da daxil olmaqla, 48 raund birləşmiş səhra təliminə keçən illə müqayisədə hər iki tərəfdən iki dəfə çox əsgər cəlb edəcəklər.
JCS sözçüsü polkovnik Li Son Çjun bildirib ki, təlimlər ilk növbədə Şimali Koreyanın nüvə təhdidlərini, o cümlədən Pxenyanın nüvə başlıqları daşıya biləcəyini bildirdiyi qanadlı raketləri "müəyyən etmək və vurmaqla" zərərsizləşdirmək məqsədi daşıyır.
O əlavə edib ki, yay təlimlərinə nüvə hücumu ssenarisi də daxil ediləcək.
Pxenyan müttəfiqlərin təlimlərinə qəzəblə reaksiya verib və onları nüvə müharibəsi üçün məşqlər adlandırıb.
Seul və Vaşinqton təlimlərin müdafiə xarakteri daşıdığını və Şimaldan gələn təhdidlərə cavab olduğunu bildirir.
QAZİLER.AZ