Yaponiyadan Praqaya qayıdan Çexiyanın xarici işlər naziri Yan Lipavskinin rəhbərlik etdiyi nümayəndə heyəti təyyarədə yaranan texniki nasazlıq səbəbindən Hindistanın Mumbay şəhərinin hava limanına enməyə məcbur olub.
QAZILER.AZ APA-ya istinaden xəbər verir ki, bu barədə Çexiya XİN məlumat yayıb.
Lipavski bundan əvvəl Asiya-Sakit okean regionunun bir sıra ölkələrinə işgüzar səfər edib.
Xarici işlər nazirini səfərdə 10 iri şirkətin nümayəndələri, diplomatlar və jurnalistlər müşayiət edib.