ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gəlmək üçün hər şansı var, lakin bu, ölkənin siyasi kursuna təsir etməyəcək, çünki “Amerika prezidentləri bir-birinə bənzəyir”.
QAZILER.AZ APA-ya istinaden xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd “Rossiya-1” telekanalında və “Solovyov Live” telekanalına eksklüziv müsahibəsində deyib.
“Media və digər məlumatların təhlili Trampın qalib gələcəyini göstərir. Amma mən həmişə deyirəm ki, Amerika prezidentləri bir-birinə bənzəyir. Bayaq dediyim kimi, onlar sadəcə icraçı direktorlardır. Siyasəti dəyişdirəndə belə, seçkilərdə kimin qalib gəldiyinin pərdəsi arxasında həqiqətən kimin siyasəti apardığını bilmək lazımdır. Bu bir oyunçudur”, - deyə o qeyd edib.