Dünyanın ən hündür heykəli budur: Hər kəs yanlış bilir

Dünyanın ən hündür heykəli budur: Hər kəs yanlış bilir backend

ABŞ-dakı "Azadlıq Heykəli" dünyaca məşhurluğu ilə yanaşı, yer üzünün ən hündür heykəli olduğu hesab edilir. Lakin bu belə deyil. 

QAZILER.AZ  Lent.az-a istinadən xəbər verir ki, dünyada ən yüksək hündürlük rekordu "Birlik Heykəli"nə aiddir.

O, Hindistanda yerləşir və bu ölkənin baş nazirinin müavini Vallabhbhai Patelin şərəfinə quraşdırılıb. Patel Hindistan müstəqillik hərəkatının liderlərindən biridir. Lider ölkə və xalqı üçün çox işlər görüb, bunun üçün onun xatirəsini postamentli heykəl şəklində əbədiləşdirmək qərara alınıb.

Memarlıq kompozisiya Hindistanın Qucarat əyalətində, Narmada çayı yaxınlığındakı Sadhu adasında yerləşir. Vallabhbhai Patelin heykəli dünyanın ən hündür heykəli kimi tanınır. Hamısı birlikdə 240 metrə çatır. Patelin bürünc şəklinin özü 182 metr hündürlüyə çatır.

Müqayisə üçün qeyd edək ki, Azadlıq heykəli cəmi 93 metrdir. Siyasətçinin abidəsinin ucaldılması altı il çəkib. Tikinti üçün 25 min ton polad, 135 ton dəmir və 1850 ton bürünc tələb olunub. Nəhəng fiqurun qarnında isə müşahidə göyərtəsi var.

 

Diaspora