Xəbərdarlıq edildi: Böyük Britaniyada terror təhlükəsi var

Xəbərdarlıq edildi: Böyük Britaniyada terror təhlükəsi var backend

Böyük Britaniyada terror aktı təhlükəsi Qəzzadakı münaqişə səbəbindən sürətlə artır.

QAZİLER.AZ   Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilir ki, yüksək rütbəli təhlükəsizlik rəsmiləri bu barədə Britaniya parlamentinin üzvlərinə özəl xəbərdarlıq ediblər.

Nəşrin məlumatına görə, ekstremistlərdən gələn təhdidlərin səviyyəsi və mümkün hücumla bağlı dinlənilən söhbətlərin sayı 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktından sonra ən yüksək həddə çatıb. Qəzetin mənbələri həm koordinasiya edilmiş terror fəaliyyətinin, həm də ekstremistin hücumunun real riskindən xəbər verir.

Nəşrin adını açıqlamayan həmsöhbətlərinin sözlərinə görə, Yaxın Şərqdəki müharibə qlobal terror qrupları tərəfindən yeni tərəfdarlar cəlb etmək üçün səbəb kimi istifadə olunur. Təhlükəsizlik rəsmiləri martın 11-də başlayan müsəlmanların müqəddəs Ramazan ayında ekstremist fəallığın artacağından qorxurlar.

 

 

Diaspora