Bolqarıstan prezidenti Rusiya-Ukrayna münaqişəsindən çıxış yolunu açıqlayıb

Bolqarıstan prezidenti Rusiya-Ukrayna münaqişəsindən çıxış yolunu açıqlayıb backend

Bolqarıstan prezidenti Rumen Radev Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forumda vurğulayıb ki, Ukraynadakı münaqişənin həlli yalnız dialoq və diplomatiya yolu ilə mümkündür.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Bolqarıstan prezidentinin saytında məlumat verilib.

Onun sözlərinə görə, münaqişənin həlli yalnız diplomatiya və dialoqun bərpası ilə mümkündür.

Radev vurğulayıb ki, gərginliyin artması fonunda, xüsusən də Rusiya-Ukrayna münaqişəsi və dövlət liderlərinin son günlər həyəcanverici bəyanatları ilə bağlı vəziyyətin həlli üçün bu üsullar böyük əhəmiyyət kəsb edir.

Bolqarıstan prezidenti əlavə edib ki, heç bir halda eskalasiyaya səbəb olacaq qərarlar qəbul edilməməlidir.

QAZİLER.AZ

Diaspora