Ukrayna prezidenti Volodimir Zelenski Xarkov sakinlərinə evakuasiyadan evlərinə qayıtmamağı tövsiyə edib.
Qaziler.az bildirir ki, Ukraynanın “Strana” nəşrinin məlumatına görə, bu barədə o, Niderlandın baş naziri Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Xarkov sakinlərinin geri qayıtmasına gəlincə, mən düşünmürəm ki, Xarkov indi yaxşı qorunur. Ona görə də insanlara qayıtmağı məsləhət görə bilmirəm. Bu, Xarkov sakinlərinin seçimidir. Hazırda vəziyyət belədir”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Xarkov mühafizə olunanda insanlar hərbçilərdən evlərinə qayıda biləcəkləri barədə siqnallar alacaqlar.
QAZİLER.AZ