Cənubi Koreya 30 ildə ilk dəfə Şimali Koreya ilə birləşməyə yanaşmasını dəyişməyə hazırlaşır.
Qaziler.az bildirir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Milli icmaya əsaslanan birləşmə planı hökumətimiz üçün rəsmi idi, lakin bizim rəhbər tutduğumuz liberal demokratiya fəlsəfəsini nəzərə almır”, - mesajda deyilir.
Qeyd olunur ki, Seul Koreya yarımadasının “liberal demokratiya” əsasında birləşdirilməsinin mümkünlüyü haqqında müddəa konsepsiyasının mətnini dəyişdirmək istəyir və avqustun 15-i, sənədin 30 illiyi üçün yeni sənəd hazırlayır.
QAZİLER.AZ