Fransa prezidenti Emmanuel Makron martın 7-də Fransa siyasi partiyalarının liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Qaziler.az bildirir ki, bu haqda “Figaro” məlumat yayıb.
Nəşr iddia edir ki, Makron Ukraynadakı vəziyyəti müzakirə etmək üçün cümə axşamı Fransa parlamentində təmsil olunan partiyaların liderlərini qəbul edəcək.
Nəşr vurğulayıb ki, oxşar görüş sonuncu dəfə 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra keçirilib.
QAZİLER.AZ