Qəzza zolağında ölənlərin sayı 30 mini ötüb

Qəzza zolağında ölənlərin sayı  30 mini ötüb backend

İsrail ordusunun ötən ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyat qurbanlarının sayı 30,2 mini keçib.

Qaziler.az bildirir ki, bu məlumatlar Fələstin anklavının Səhiyyə Nazirliyi tərəfindən verilib.

Bəyanatda deyilir: “İsrail qüvvələrinin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində indiyədək 30 228 nəfər həlak olub. Səhiyyə Nazirliyinin məlumatına görə, sektorda 71 min 377 fələstinli yaralanıb”.

Təkcə son 24 saat ərzində nazirliyin məlumatına görə, İsrail ordusunun anklavın müxtəlif ərazilərinə hücumları zamanı 193 nəfər ölüb, 920 nəfər yaralanıb.

QAZİLER.AZ

Diaspora