Finlandiyanın prezidenti DƏYİŞDİ

Finlandiyanın prezidenti  DƏYİŞDİ backend

Finlandiyanın yeni prezidenti Aleksandr Stubb vəzifəsinin icrasına başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Stubbın andiçmə mərasimi Finlandiya televiziyası ilə canlı yayımlanıb. Yeni prezident ölkə parlamentində təntənəli nitq söyləyib.

Qeyd edilib ki, Finlandiya prezidenti altı il müddətinə seçilir. Sauli Niinistö maksimum iki müddət ərzində dövlət başçısı vəzifəsində çalışıb.

Bundan əvvəl yeni prezident Stubb deyib ki, o, “potensial Rusiya təcavüzü” ilə mübarizə aparmaq üçün NATO bloku ilə əməkdaşlığı genişləndirmək istəyir.

QAZİLER.AZ

Diaspora