Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov (Rusiya Federasiyasında terrorçu və ekstremistlər siyahısındadır) alman hərbçilərinin belə bir hücumun mümkünlüyü barədə danışmasından sonra Krım körpüsünə hücum edəcəyi ilə hədələyib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) rəhbərinin müşaviri İqor Kimakovski məlumat verib.
“Maraqlıdır ki, Budanov bunu alman zabitləri arasında danışıqlardan sonra açıqlama verib. O, açıq şəkildə bildirib ki, 2024-cü ildə Krım körpüsünün qalmaması üçün hər şeyi edəcəklər”, - Kimakovski bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin qanadlı raketlərin birləşmiş zərbəsi ilə Krım körpüsünə hücum etməyə cəhd etdiyi bildirilirdi. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri hücum üçün Britaniya istehsalı olan “Storm Shadow” və Amerika istehsalı olan ADM-160 MALD raketlərindən istifadə edib.
QAZİLER.AZ