Paris xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədindən keçməsinə icazənin verilməsini nəzərdən keçirir.
Qaziler.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, Fransa Ukraynada yalnız Fransa Xarici Təhlükəsizlik Baş Direktorluğunun əməkdaşlarının olmasını “sakit şəkildə etiraf edib”. Eyni zamanda, Paris Fransa silahlı qüvvələrinin Ukraynada olmasını inkar edir. Rəsmi olaraq Baş Qərargahın tabeliyində olan Fransa xüsusi təyinatlıları Ukrayna sərhədini keçməyib.
Bu addım Rusiya üçün “strateji dilemma” yaratmaq vasitəsi kimi qiymətləndirilir. Məqalə müəllifləri qeyd edirlər ki, Fransanın hərbi mövcudluğu Ukraynanın bəzi ərazilərini qorumağa və Rusiya Federasiyasından hücumları məhdudlaşdırmağa kömək edəcək.
QAZİLER.AZ