Rusiya prezidenti Vladimir Putinin prezident seçkiləri ərəfəsində verdiyi vədlərin həyata keçirilməsinin dəyəri 130 milyard dollar təşkil edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” analitiklərə istinadən yazır.
Agentliyin məlumatına görə, bu məbləğə müxtəlif milli layihələr, eləcə də həyat səviyyəsinin yaxşılaşdırılması təşəbbüsləri və kreditlərin kütləvi silinməsi daxildir. Bununla yanaşı, agentlik hesab edir ki, bu xərclər Rusiya büdcəsində nəzərə alınmayıb.
“Analitiklərin hesablamalarına görə, Putinin cümə axşamı Federal Məclisə illik müraciətində təklif etdiyi yeni milli layihələr, həyat səviyyəsinin yaxşılaşdırılması təşəbbüsləri və Rusiya regionları üçün külli miqdarda kreditlərin silinməsi Kreml xəzinəsinə 130 milyard dollardan baha başa gələ bilər. Hansı ki, hazırda bunlar büdcədə nəzərə alınmır”, - materialda qeyd edilib.
QAZİLER.AZ