ABŞ alimləri itlərə Parkinson xəstəliyini qoxudan tanımağı öyrədiblər

ABŞ alimləri itlərə Parkinson xəstəliyini qoxudan tanımağı öyrədiblər backend

Amerikalı alimlər xəstədə Parkinson xəstəliyinin olub-olmadığını qoxuya görə müəyyən etməyi itlərə öyrədiblər.

Qaziler.az bildirir ki, bu barədə RuNews24 xəbər verir.

Tədqiqatda 16-sı müxtəlif cinslərdən olan 23 ev iti iştirak edib. Alimlər müəyyən ediblər ki, Parkinson xəstəliyindən əziyyət çəkən xəstələr heyvanın burnu ilə müəyyən edilə bilən xüsusi qoxu yayırlar. Beləliklə, ümumilikdə itlər 2021-2022-ci illər arasında 200 təlim keçiblər.

Təcrübə zamanı əksər itlər Parskinson xəstəsini 89% ehtimalla müəyyən etməyi öyrəniblər və on it 90% həssaslıq səviyyəsinə nail oldu. Onların sağlam insanlara heç bir reaksiya vermədiyi qeyd edilir.

Mütəxəssislər hazırda insan sebumunda qeyri-adi qoxu yarada bilən birləşmələri öyrənirlər.

QAZİLER.AZ

Diaspora