Kanada Ukraynaya hərbçilər göndərməyə hazırdır, lakin şərti var

Kanada Ukraynaya hərbçilər göndərməyə hazırdır, lakin şərti var backend

Kanada Ukraynaya məhdud sayda hərbi personal göndərməyə açıqdır. Kanada qoşunları döyüş əməliyyatlarında iştirak etməyəcək, lakin Ukrayna əsgərlərinə təlim keçməyə hazırdırlar.

Qaziler.az bildirir ki, bu barədə Kanadanın müdafiə naziri Bill Bler müsahibəsində deyib.

O qeyd edib ki, ordunun göndərilməsi ideyası bu həftənin əvvəlində onun iştirak etdiyi Paris görüşündə müzakirə olunub. Baxmayaraq ki, Kanada bir çox digər NATO ölkələri kimi Fransa prezidenti Emmanuel Makronun ideyasına qarşı çıxıb.

Bler Kanada ordusu üçün mümkün qeyri-döyüş missiyasını elan edib. Söhbət Ukrayna ərazisində ukraynalı müdafiəçilərə təlim keçmək üçün məhdud sayda hərbçilərin göndərilməsindən gedir, bir şərtlə ki, bu cür əməliyyat cəbhə xəttindən uzaqda aparılsın.

Qeyd edildiyi kimi, həftə sonu Kanada ilə Ukrayna arasında imzalanmış təhlükəsizlik müqaviləsi, Kanadanın Ukraynada “şərtlər icazə verdiyi zaman” təlim fəaliyyətini həyata keçirə biləcəyini nəzərdə tutur.

RBK-Ukrayna

QAZİLER.AZ

Diaspora