Varşavanın tələbləri Kiyev və Brüsseldə eşidilməzsə, Polşa Ukrayna ilə sərhədi bağlayacaq.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, fevralın 29-da etirazçı fermerlərlə görüşdən sonra Polşanın baş naziri Donald Tusk jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə azad ticarət haqqında qərarın qiyməti Polşanın maraqları baxımından çox yüksəkdir.
Tusk izah edib ki, Polşa hökuməti Ukraynaya kömək etmək istəyir, lakin bunun vətəndaşlara mənfi təsir göstərməsinə icazə verə bilməz. Bundan əlavə, baş nazir qeyd edib ki, Polşa hökuməti etiraz edən fermerlərlə birlikdə Avropa İttifaqından ekoloji tələblərin - Yaşıl Sövdələşmənin yumşaldılmasını tələb edəcək. Onun sözlərinə görə, fermerlər “yaşıl kursu təkamül yolu ilə həyata keçirməyə hazırdırlar, lakin onlar “məntiqsiz və Polşa kənd təsərrüfatı nöqteyi-nəzərindən, yumşaq desək, həddən artıq ifrat olan məqamlarla” razılaşmırlar.
QAZİLER.AZ