ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma ilə bağlı açıqlamaları ağılsızlıqdır.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Bu, Rusiya üçün birbaşa təhdiddir, yoxsa Zelenski üçün bəhanə tapmaq cəhdidir? Hər ikisi dəlidir. Amma indi hamı görür ki, təcavüzkar kimdir – bu, Vaşinqtondur”, – Zaxarova Telegram kanalında yazıb.
Xatırladaq ki, Pentaqon rəhbəri Ukraynanın məğlub olacağı təqdirdə NATO-nun Rusiya ilə döyüşməli olacağını bildirib.
QAZİLER.AZ