Avropa ölkələrindən heç biri Ukraynaya hərbi qüvvə göndərmək fikrində deyil, çünki əksəriyyət belə bir fikri qəbuledilməz hesab edir.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala deyib.
Çex hökumətinin başçısı parlamentdə çıxışı zamanı deyib: “Məsələn, Fransadan olan bəzi əsgərlər Ukrayna ərazisində olsalar, orada döyüşməsələr, bəlkə də təlimlərdə kömək etsələr, faydalı olardı”.
Lakin onun sözlərinə görə, Avropa ölkələrinin böyük əksəriyyəti bu məsələnin müzakirə olunmayacağı və ya nəzərdən keçirilməyəcəyi ilə razılaşıb, çünki belə bir ideya onlar üçün “qəbuledilməzdir”.
“Avropada heç kim Ukraynaya qoşun yeritmək fikrində deyil... Düşünürəm ki, heç kimin təklif etmədiyi bəzi şeylərlə insanları qorxutmağa ehtiyac yoxdur", - Fiala deyib.
O, Fransa prezidenti Emmanuel Makronun Parisdə keçirilən növbədənkənar sammitdən kənar analoji mövzu irəli sürdüyünü deyib. Lakin müzakirələr “minimum vaxt” alıb.
QAZİLER.AZ