Britaniya Kral III Çarlzın ölümünə hazırlaşmağa başlayıb

Britaniya Kral III Çarlzın ölümünə hazırlaşmağa başlayıb backend

Britaniya hakimiyyəti əvvəllər xərçəng diaqnozu qoyulmuş Kral III Çarlzın öldüyü halda fəaliyyət planı hazırlayıb.

Qaziler.az bildirir ki, bu barədə “Express” yazır.

Bu ehtimal üçün fəaliyyət planı “Menay Körpüsü” adlanır. Plan kralın bölgə ilə münasibətinə görə Uelsdəki asma körpünün adını daşıyır: Çarlz 64 ildən çox Uels şahzadəsi olub.

Fəaliyyət planına əsasən, kralın ölümündən ilk olaraq ölkənin baş naziri və digər rəsmi şəxslər xəbər tutacaq, ardınca isə canlı anons veriləcək. Bu açıqlamadan sonra şahzadə Uilyam kral elan olunacaq və xalqa müraciət edəcək.

Qeyd edək ki, fevralın 5-də Bukingem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu bildirib.

QAZİLER.AZ

Diaspora