“Volvo” tıxaclarda qalmamağın üsulunu tapıb

“Volvo” tıxaclarda qalmamağın üsulunu tapıb backend

“Volvo Cars” avtomobillərində bir neçə yüz metr irəlidə olan yol qəzaları barədə sürücüləri dərhal xəbərdar edən dünyada ilk funksiyanı təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb.

“Siz dolama kənd yolu ilə gedirsiniz. Bundan sonra nə olduğunu görmək mümkün deyil. Birdən sizin “Volvo” qabaqda qəzanın olması barədə xəbərdar edir. Sonra sakitcə sürəti azaldır, növbəti döngəni dövrə vurursan və öz zolağında xarab maşın görürsən. Xəbərdarlıq sayəsində siz hazır oldunuz və vaxtında reaksiya verə bildiniz”, – şirkət qeyd edib.

Volvo hesab edir ki, yeni funksiya sürücülərə digər avtomobillərlə toqquşmadan qaçmağa və qəzalar nəticəsində yaranan tıxaclarda daha az vaxt keçirməyə kömək edəcək. Qəza məlumatı yola baxan qurumlar və brendin digər “uyğun” modelləri tərəfindən təmin ediləcək. Funksiya Danimarkada sınaqdan keçiriləcək. Sonradan digər ölkələrin avtomobillərində də tətbiq olunacaq.

Qeyd olunur ki, “Volvo” təhlükəsizlik sistemi “Volvo Cars” buludunun məlumatlarından istifadə edir ki, bu da artıq brendin digər avtomobillərinə bir-biri ilə “qarşılıqlı əlaqə” yaratmağa və yollardakı təhlükələr barədə xəbərdarlıq etməyə imkan verir.

QAZİLER.AZ

Diaspora