Ukrayna rəsmiləri Qərbin Kiyevə yardımının çatdırılmasında gecikmələr fonunda rus ordusunun yayda hücumlarını gücləndirə biləcəyindən narahatdır.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.
“Ukrayna rəsmiləri müttəfiqlərinin döyüş sursatı tədarükünü artıra bilməsələr, yaya qədər Rusiyanın irəliləyişinin əhəmiyyətli sürət qazana biləcəyindən narahatdırlar”, - nəşr yazır.
Agentlik qeyd edir ki, Kiyevdən döyüş meydanındakı vəziyyətə dair daxili qiymətləndirmələr “getdikcə tutqunlaşır”. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sırski bildirib ki, cəbhə komandirlərinin səhvləri Ukraynanın müdafiəsi qarşısında duran problemləri daha da ağırlaşdırıb.
QAZİLER.AZ