Polşa lideri Anjey Duda Rusiyanın Polşaya hücumu ehtimalına inanmadığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Fakt.pl” portalı məlumat yayıb. Mövqeyini açıqlayan dövlət başçısı bildirib ki, güclülərə hücum edilmir.
“Mən buna inanmıram. Onlar güclülərə deyil, zəiflərə, asanlıqla məğlub ola bilənlərə hücum edirlər”, - deyə Duda izah edib.
Prezident onu da vurğulayıb ki, milli ordunun ən müasir silahlarla təmin olunması, səmərəli müdafiənin formalaşdırılması üçün hər şey edilməlidir. Jurnalistlərlə söhbətində Duda etiraf edib ki, Varşava Kiyevə məhdud istifadə müddəti ilə köhnəlmiş silahlar verib.
QAZİLER.AZ