"Rusiyaya yeni müdaxilə cəhdləri genişmiqyaslı nüvə münaqişəsini təhdid edir".
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə açıqlamasında deyib. O qeyd edib ki, Qərb ölkələri Moskvanın hücum təhlükəsindən danışır, eyni zamanda Rusiya Federasiyasının məhvetmə vasitələrini özləri seçirlər və NATO qüvvələrinin Ukraynaya göndərilməsi imkanlarını nəzərdən keçirirlər.
“Vaxtilə öz kontingentini ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırlayırıq. Ancaq indi mümkün müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq. Onların ərazisindəki hədəfləri vura bilən silahlarımız da var. Və onların indi ortaya atdıqları, bütün dünyanı qorxudan şey, həqiqətən, nüvə silahından istifadə ilə münaqişəni və sivilizasiyaların məhvini təhdid edir”, - Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, Qərb Ukraynada və Yaxın Şərqdə, eləcə də dünyanın digər regionlarında münaqişəni qızışdırıb. Onun sözlərinə görə, indi Qərb yalan danışır, Rusiyanın Avropaya hücum planlaşdırdığını bəyan edir.
Boş şeylər danışırlar. Eyni zamanda, ərazimizə zərbə endirmək üçün hədəfləri, məhvetmə vasitələrini özləri seçirlər və NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi imkanlarından danışmağa başlayıblar”, - Putin bildirib.
QAZİLER.AZ