Bu əsrin sonunadək Cənubi Koreyanın əhalisi iki dəfə azala bilər.
Dünyada doğum səviyyəsinin ən aşağı olduğu Cənubi Koreya mütəxəssisləri qeyd edirlər ki, bunun əsas səbəbi qadınların doğuşu təxirə salmaları və ya ümumiyyətlə uşaq sahibi olmaqdan imtina etmələridir.
“Bu, həmçinin, onların karyera artımı və təhsilin maliyyə xərcləri ilə bağlı narahatlıqları ilə bağlıdır”, - deyə ekspertlər vurğulayırlar.
Məlumatda qeyd olunur ki, Cənubi Koreyada demoqrafik durum artıq uzun illərdir, dəyişmir. Hökumətin bu məqsədlə milyardlarla dollar xərcləməsinə baxmayaraq, 51 milyonluq əhali dördüncü ildir ki, azalır.
Mənbə: Reuters / Oxu.az