İsrail Suriyanı raket atəşinə tutub - "Əl İxbariya"

İsrail Suriyanı raket atəşinə tutub - "Əl İxbariya" backend

Suriyanın hava hücumundan müdafiə qüvvələri Dəməşq yaxınlığındakı hücumu dəf edib.

Qaziler.az xəbər verir ki, bu barədə Suriyanın “Əl İxbariya” telekanalı məlumat yayıb.

"Hava hücumundan müdafiə qüvvələri paytaxt Dəməşq yaxınlığındakı düşmən hədəflərinə cavab verir", - məlumatda qeyd olunub.

Suriya televiziyasının məlumatına görə, hərbçilər İsraildən atılan raketlərin əksəriyyətini vurub.

Qeyd edilib ki, fevralın 21-də Suriyanın hava hücumundan müdafiəsi də Dəməşq səmasında İsrailin raket hücumunu dəf edib.

QAZİLER.AZ

Diaspora