Səfir Çadda çevrilişlə bağlı xəbərləri təkzib etdi

Səfir Çadda çevrilişlə bağlı xəbərləri təkzib etdi backend

Çadda dövlət çevrilişi yoxdur, cari hadisələr bu məsələyə aid deyil.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-a Çadın Rusiyadakı səfiri Adam Beçir bildirib.

"Tanklar və digər zirehli maşınlar hökumət qüvvələrinə məxsusdur", - Beşar bildirib.

O qeyd edib ki, texnikalar mühüm obyektlərə əsas yanaşmaları bloklayacaq, xüsusilə, inzibati binalara və banklara...

"Lakin bu çevriliş deyil, hazırda hər şey artıq bitib və nəzarət altındadır", - səfir əminliklə qeyd edib.

Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Çad ordusunun bir qrup əsgəri ölkə prezidentinin paytaxt Njamenada yerləşən sarayına doğru hərəkət edir.

QAZİLER.AZ

Diaspora