Almaniyanın “Hessen” freqatı Qırmızı dənizdə səhvən NATO müttəfiqi ABŞ-ın pilotsuz təyyarəsinə hücum edib.
Qaziler.az bildirir ki, bu barədə “Welt” məlumat yayıb.
Bildirilir ki, MQ-9 PUA-sı “dost və ya düşmən”i müəyyən etmək üçün transponder olmadan hərəkət edirmiş, üstəlik, onun hərəkəti barədə ABŞ-ın müttəfiq ölkələrinin nümayəndələrinə məlumat verilməyib. Hadisə, alman freqatının Qırmızı dənizdə əməliyyatlar başlayandan bəri ilk dəfə husilərin hücumunu dəf etməsindən və qrupun iki pilotsuz təyyarəsini vurmasından sonra baş verib.
“Bir az əvvəl freqat istəmədən müttəfiq ölkənin pilotsuz təyyarəsinə hücum etdi”, - Almaniya Müdafiə Nazirliyinin spikeri Mixael Stempfle deyib.
QAZİLER.AZ