Fransanın baş naziri Qabriel Attal Ukraynaya hansı kateqoriyadan olan əsgər və zabitlərin göndərilə biləcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Təlim keçirmək üçün cəlb oluna bilən hərbçilərdən danışa bilərik”, - deyə hökumət başçısı bildirib.
O, aydınlaşdırıb ki, söhbət hava hücumundan müdafiə və ya sərhəd mühafizəsi sahəsində hərbi mütəxəssislərdən gedir. Attal vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makronun gələcəkdə Ukraynaya quru qoşunlarının göndərilməsinin mümkünlüyünü qeyd edən bəyanatını heç bir aksiyanın anonsu adlandırmaq olmaz.
QAZİLER.AZ