Şoyqu qoşunların təchizatını sürətləndirməyi tələb edib

Şoyqu qoşunların təchizatını sürətləndirməyi  tələb edib backend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu artilleriya kəşfiyyat sistemləri, MLRS və mərmi istehsalçılarından qoşunların texnika ilə təchizatını sürətləndirməyi tələb edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, rusiyalı nazir Tula vilayətində dövlət müdafiə sifarişlərinin çatdırılma cədvəlinə düzəliş etməyi xahiş edib.

“Rusiya Federasiyasının Müdafiə naziri istehsal olunan silahların bütün çeşidi üçün qoşunlara tədarük cədvəlinə düzəliş etməyi, texnikanın təhvil verilməsi vaxtını 2-3-cü rüblərə keçirməyi, həmçinin il boyu vahid tədarükün saxlanmasını tələb etdi”, - məlumatda qeyd edilib.

Şoyqu əvvəlki yoxlamadan sonra müəssisələrdə ciddi dəyişikliklərin baş verdiyini də vurğulayıb. Onun sözlərinə görə, müəyyən növ silah və hərbi texnika üçün istehsal müddətini 6-8 aydan bir yarıma qədər azaltmaq mümkün olub.

QAZİLER.AZ

Diaspora