Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Hərbi-Sənaye Komissiyasının iclası zamanı Sovet İttifaqı lideri İosif Stalinin çərçivəli teleqramını gətirib və ucadan oxuyub.
Qaziler.az xəbər verir ki, siyasətçi iclasdan olan videonu “VKontakte” səhifəsində yayımlayıb. Onun sözlərinə görə, bu, Böyük Vətən Müharibəsində qələbənin necə əldə edildiyini müdafiə müəssisələrinin rəhbərlərinə çatdırmaq üçün lazımdır.
“Siz ölkəmizi və Qırmızı Ordumuza xəyanət etdiniz. Sizin hələ də İL-2 istehsal etməyə ixtiyarınız yoxdur... Sizdən xahiş edirəm ki, hökumətin səbr kasasını daşdırmayasınız. Sizə sonuncu dəfə xəbərdarlıq edirəm. Stalin”, – Medvedev oxuyub.
Medvedev bir il əvvəl də hərbi sənaye kompleksinin iclasında Stalinin bu teleqramını oxuyub. Sözügedən sənəddə Stalin Kuybışev (indiki Samara) vilayətindəki fabriklərin direktorları Boris Şenkman və Anatoli Tretyakova müraciət edib.
QAZİLER.AZ