NATO müttəfiqləri arasında müvafiq razılaşma əldə olunarsa, Latviya Ukraynaya qoşun göndərmək məsələsini nəzərdən keçirəcək.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.
Baltikyanı ölkənin Müdafiə Nazirliyinin spikeri mediaya şərhində qeyd edib ki, Latviya Qərbin quru qoşunlarının Ukraynaya yerləşdirilməsinin əleyhinə deyil.
“Latviya Ukraynaya dəstəyi gücləndirmək üçün bir çox müxtəlif variantları nəzərdən keçirməkdə davam edir” dedi.
Spiker əlavə edib ki, NATO-nun müvafiq qərarı olarsa, Latviya bu imkanı nəzərdən keçirəcək.
"Əgər NATO müttəfiqləri arasında Ukraynaya qoşun göndərmək barədə razılıq əldə olunarsa, Latviya iştirak imkanlarını nəzərdən keçirəcək", - Latviya nümayəndəsi əlavə edib.
QAZİLER.AZ