Moldovada parlament binası yanğın xəbəri səbəbilə boşaldılıb

Moldovada parlament binası yanğın xəbəri səbəbilə boşaldılıb backend

Moldovada yanğın siqnalı işə salındıqdan sonra insanlar parlament binasından təxliyə edilib.

Qaziler.az bildirir ki, respublikanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyinin mətbuat xidmətinin rəhbəri Liliana Puşkaşunun fevralın 28-də verdiyi məlumata görə, mütəxəssislər heç bir yanğın təhlükəsi aşkar etməyiblər.

“Siqnalizasiya işə salındı, insanlar təxliyə edildi. Amma yoxlamadan sonra heç bir təhlükəli vəziyyət aşkarlanmayıb”, - RİA Novosti Puşkaşudan sitat gətirir.

QAZİLER.AZ

Diaspora