Qərbi Afrikada yerləşən Burkina-Fasonun şərqində məscidə hücum nəticəsində 14 nəfər həyatını itirib.
Qaziler.az bildirir ki, Burkina Faso İslam Dərnəkləri Federasiyasından verilən açıqlamada fevralın 25-də Natiaboani şəhərindəki məscidə naməlum silahlı şəxslərin hücumu etdiyi açıqlanıb.
Hücumda imam da daxil olmaqla 14 nəfər ölüb.
Ölkənin şərqində, fevralın 25-də Essakane şəhərindəki kilsə bazar günü ibadət zamanı hücuma məruz qalıb və hadisə nəticəsində 15 nəfər ölüb.
Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini evlərinə qayıda bildi.
QAZİLER.AZ