Suriyada daha iki İran generalı həlak oldu

Suriyada daha iki İran generalı həlak oldu backend

Suriyadakı döyüşlərdə İran silahlı qüvvələrinin daha iki generalı həlak olub. Virtualaz.org saytı xəbər verir ki, bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb. Məlumata əsasən general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbənd oktyabrın 12-də gedən döyüşlərdə həlak olublar. Onların hər ikisi İnqilab Keşikçiləri Korpusunda xidmət edirdi.

Generalların Suriyanın hansı ərazisində həlak olduğu xəbər verilmir, məlum olanı ancaq budur ki, onlar “İslam Dövləti” terrorçu qruplaşması ilə gedən döyüşlərdə həlak olublar.

Bu arada “Röyter” xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun minlərlə döyüşçüsü və Bəşər Əsədə sadiq ordu qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə Hələb istiqamətində irimiqyaslı hücuma keçiblər.

Xatırladaq ki, oktyabrın 8-də Hələb yaxınlığında İran ordusunun generalı Hüseyn Həmədani həlak olmuşdu. Həmədani Əsəd qüvvələrinə İŞİD-ə qarşı hücum əməliyyatlarını təşkil etməkdə kömək göstərirdi.
Diaspora