Daha iki Aİ ölkəsi Ukraynaya qoşun göndərilməsinə qarşı çıxıb

Daha iki Aİ ölkəsi Ukraynaya qoşun göndərilməsinə qarşı çıxıb backend

İspaniya və İtaliya Fransanın Ukraynaya quru qoşunlarının göndərilməsi təklifi ilə razılaşmayıb.

Qaziler.az bildirir ki, Bu barədə Reuters və Ansa xəbər verir.

İspaniya hökumətinin sözçüsü Pilar Allegrianın sözlərinə görə, Madrid Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifi ilə razılaşmayıb. O bildirib ki, yardım yalnız silah və digər materiallarla məhdudlaşmalıdır.

"Birlik Avropanın Putinin hücumuna qarşı durmaq üçün ən təsirli silahı olub və belədir", - Allegria bildirib.

Eyni zamanda İtaliyanın xarici işlər naziri Antonio Tayani ölkəsinin də Ukraynaya qoşun göndərilməsinin əleyhinə olduğunu bildirib. O hesab edir ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü “Makronun ideyasıdır”.

"Amma siz qoşun göndərməkdən danışarkən çox diqqətli olmalısınız, çünki biz insanlara Rusiya ilə müharibə apardığımızı düşünməyə vadar etməməliyik. Biz Rusiya ilə müharibə aparmırıq, Ukraynanı müdafiə edirik və şəxsi fikrimcə, italyan hərbçilərinin Ukraynaya döyüşmək üçün göndərilməsinin tərəfdarı deyiləm”, - deyə Tayani bildirib.

QAZİLER.AZ

Diaspora