Norveç kralı Malayziyada xəstəxanaya yerləşdirilib

Norveç kralı Malayziyada xəstəxanaya yerləşdirilib backend

Norveç kralı V Harald Malayziyada istirahətdə olarkən xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, NRK telekanalının fevralın 27-də verdiyi məlumata görə, 87 yaşlı monarxa infeksiya diaqnozu qoyulub.

Media qeyd edir ki, kral ailəsinin sözlərinə görə, kral həm Malayziya, həm də Norveç tibb işçilərindən bütün lazımi yardımı alır.

V Harald Malayziyada səfərdədir. Kral ailəsinin başçısının rəsmi təqviminə əsasən, onun növbəti iş tapşırığı cümə günü, martın 8-nə təyin edilib. O, sarayda kabinetə rəhbərlik etməlidir.

QAZİLER,AZ

Diaspora