NATO ölkələri Ukraynaya qoşun yeritməyi planlaşdırmır.
Qaziler.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Associated Press” agentliyinə müsahibəsində deyib. Eyni zamanda o, Kiyevin Qərb müttəfiqlərinin ona görünməmiş dəstək verdiyini açıqlayıb.
“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və tam miqyaslı əməliyyat başlayandan bəri artırmışıq. Lakin bizim NATO hərbi qüvvələrini Ukraynaya göndərmək planımız yoxdur”, - Stoltenberq bildirib.
QAZİLER.AZ