NATO qoşunlarının Ukraynadakı döyüş bölgəsinə göndərilməsi Alyansla Rusiya arasında toqquşmaya səbəb olacaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makronun sözlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu halda ehtimaldan yox, qaçılmazlıqdan danışmaq lazımdır. Biz bunu belə qiymətləndiririk. Bu ölkələr də bunu eyni şəkildə qiymətləndirməli və xəbərdar olmalıdırlar”, - deyə Peskov bildirib.
Qeyd edək ki, fevralın 27-də Makron Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qüvvələrinin Ukraynaya göndərilməsi imkanının müzakirə edildiyini açıqlayıb. NATO-nun baş katibi Yens Stoltenberq daha sonra bildirib ki, alyans öz əsgərlərini Ukraynadakı döyüş bölgəsinə göndərməyi planlaşdırmır.
QAZİLER.AZ