Misir Qəzzaya hava yolu ilə yardım çatdıracaq

Misir Qəzzaya hava yolu ilə yardım çatdıracaq backend

Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza zolağına humanitar yardımın hava yolu ilə çatdırılması üçün əməliyyat keçirmək istəyir.

Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yüksək rütbəli məmura istinadən məlumat yayıb.

O, Fələstin anklavına ərzaq və dərman çatdırmağı belə planlaşdırdıqlarını vurğulayıb. Aksiyanın İordaniya və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçiriləcəyi gözlənilir. Əməliyyatla bağlı hələlik başqa məlumat yoxdur.

QAZİLER.AZ

Diaspora