Litva yaşlı rusları milli təhlükəsizliyə təhdid kimi tanıdı

Litva yaşlı rusları milli təhlükəsizliyə təhdid kimi tanıdı backend

Litva hakimiyyəti 400-ə yaxın rusiyalını milli təhlükəsizliyə təhdid kimi tanıyıb. Onların əksəriyyəti yaşlıdır.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın respublikadakı müvəqqəti işlər vəkili Aleksandr Elkin məlumat verib.

“Ümumilikdə, respublikanın miqrasiya departamentinin məlumatına görə, 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər 397 rusiyalı ölkənin “milli təhlükəsizliyinə təhdid” kimi tanınıb.

Bütün bu şəxslərə yaşayış icazəsinin verilməsindən və ya uzadılmasından imtina edilib. Litva bu ruslara əvvəllər verilmiş icazələri və daimi yaşayış icazələrini ləğv edib.

QAZİLER.AZ

Diaspora