Alen Delonun evindən 50-dən çox silah götürülüb

Alen Delonun evindən 50-dən çox silah götürülüb backend

Polis 88 yaşlı fransız aktyoru Alen Delonun Souls şəhərindəki evindən 50-dən çox atıcı silah müsadirə edib.

Qaziler.az xəbər verir ki, bu haqda “Le Parisien” yazıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları bunu Delonun övladları ilə gərgin münasibətləri fonunda məhkəmə qərarı ilə edib. Nəşr qeyd edir ki, əvvəllər aktyoru müayinə edən həkim onun “intihar riski ilə zehni tükənmə”də olduğunu aşkar edib.

Delon silahlara sahib olmaq üçün icazələrə malikdir və hətta ailənin mülkündə atış poliqonu da var. Lakin uşaqlar arasındakı gərginlik və aktyorun həssas səhhəti ilə bağlı narahatlıqlar polisi hər hansı faciə riskinin qarşısını almağa vadar edib. Delon əlində silahla tibbi yardım olmadan evdə saxlanılır”, - nəşr qeyd edib.

QAZİLER.AZ

Diaspora