Almaniya Federativ Respublikasının hakim koalisiyasına daxil olan “İttifaq 90/Yaşıllar” partiyasının həmsədri Omid Nuripur bildirib ki, Almaniyada Qərb ölkələrindən Ukraynaya mümkün qoşun göndərilməsi məsələsi müzakirə edilmir.
Qaziler.az xəbər verir ki, bu haqda “NTV” kanalı məlumat yayıb. Onun sözlərinə görə, bu mövzu NATO-da da gündəmdə deyil.
"Bu, ümumiyyətlə müzakirə mövzusu deyil, Almaniyada, eləcə də Alyansda müzakirə mövzusu deyil”, - Nuripur bildirib.
QAZİLER.AZ