Rusiyanın Ukraynadakı məğlubiyyəti Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Qaziler.az “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron Parisdə Kiyevə dəstək üçün mətbuat konfransı zamanı deyib. Həmçinin, onun fikrincə, bu, Aİ-yə sabitlik gətirəcək.
“Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır, - Makron çıxışı zamanı deyib.
Qeyd edək ki, bundan əvvəl bildirilib ki, Aİ Ukraynanı orta və uzaq mənzilli raketlərlə təmin etmək üçün koalisiya yaratmağa razılaşıb. Makron müvafiq imkanlara malik olan və silah təchizatını təmin edə bilən bütün ölkələri cəlb edəcəyinə söz verib.
QAZİLER.AZ