Britaniya kralı III Çarlz tacın varisinə təhvil verilməsi üçün hazırlıqlara gözləniləndən tez başlayıb.
Qaziler.az xəbər verir ki, bu haqda “Daily Mirror” məlumat yayıb.
Britaniya kral ailəsi üzrə ekspert Tom Quinnin sözlərinə görə, kralın xəstəliyindən əvvəl varislik məsələləri ən azı 10 il ərzində müzakirə edilməli idi.
Quinnin dediyinə görə, III Çarlzın xərçəngə tutulması xəbərindən az sonra varislik planları hazırlanmağa başlayıb. Bununla belə, o, planın kralın kiçik oğlu Şahzadə Harridən gizli saxlanıldığına inanır. Bu, onun reputasiyası ilə bağlıdır: saray əyanları qorxurlar ki, incimə və ya narazılıq olarsa, hər şeyi mətbuata danışa bilər.
Uels şahzadəsi Uilyamın atasında şakarlanan xərçəng səbəbilə Böyük Britaniya kralı III Çarlzın bəzi ictimai vəzifələrini öz üzərinə götürəcəyi daha əvvəl bildirilmişdi. Monarxın oğlu təkcə öz vəzifələrini yerinə yetirməyə deyil, həm də bəzi tədbirlərdə kralı əvəz etməyə başlamaq üçün qısa bir tətildən erkən qayıtmağa məcbur olmuşdu.
Qeyd edək ki, kralın xəstəliyi fevralın 5-də məlum olub.
QAZİLER.AZ