Qəzza zolağında saxlanılan bütün israilli girovların azad edilməsi mülki əhalinin şimal Fələstin anklavına qayıtması üçün şərtdir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant deyib.
Əsir əsgərlərin ailələri ilə görüşdə Qalant bildirib ki, İsrail Müdafiə Nazirliyi girovların geri qaytarılmasına imkan verəcək şərtlərə nail olmaq, o cümlədən Fələstinin HƏMAS hərəkatına təzyiqləri saxlamaq üçün gecə-gündüz işləyir.
"Müdafiə strukturlarının mövqeyi bəllidir: mülki əhalinin Qəzza zolağının şimal hissəsinə tam qayıdışı yalnız bütün girovların qaytarılmasından sonra baş verəcək", - Qalant deyib.
QAZİLER.AZ