Avropanın ən yaxşı avtomobili açıqlanıb

Avropanın ən yaxşı avtomobili açıqlanıb backend

Cenevrə avtosalonunda Avropada “İlin avtomobili” müsabiqəsinin nəticələrinə yekun vurulub. 2024-cü ilin qalibi “Renault” “Scenic E-Tech” krossoveri seçilib.

Qaziler.az xəbər verir ki, bu barədə “İlin avtomobili” təşkilat komitəsinin rəsmi saytında məlumat verilib.

“Renault” “Scenic E-Tech” münsiflər heyətinin səsverməsində 329 xal toplayıb, 58 münsifdən 22-si onu yeddi finalçı arasında ən yaxşısı adlandırıb.

İkinci yeri 309 xalla yeni nəsil “BMW 5 Series” avtomobili tutub. Bu avtomobilə 19 jüri üzvü maksimum xal verib. Üçüncü yerdə yeni “Peugeot 3008” (197 xal) qərarlaşıb. “Kia EV9”, “Volvo EX30”, Çinin “BYD Seal” və “Toyota C-HR” avtomobilləri də 2024-cü ilin avtomobili müsabiqəsinin finalına yüksəlib.

Yeddi finalçıdan dördü tamamilə elektrikli avtomobildir.

QAZİLER.AZ

Diaspora